Nadir o toya getdi
Tarix: 3-09-2018, 16:44



Müğənni Nadir Qafarzadə beh məsələsinə görə imtina etdiyi toya gedib. Bu barədə “Qafqazinfo”ya ifaçıdan şikayətçi olan Fəxri Qasımov məlumat verib. 
O bildirib ki, sənətçi avqustun 31-də baş tutan dostunun məclisində iştirak edib: “Toy gününə qədər iştirak etməyəcəyini deyirdi. Daha sonra gəldi, danışdığımız vaxt ərzində oxuyub getdi”.
Xatırladaq ki, ötən həftə F. Qasımov Nadirin köməkçisi Ruslan Əliyevlə görüşərək ona 1000 manat beh verdiyini demişdi. Daha sonra Nadir köməkçisi ilə yollarını ayırmış, toy sahibinə beh ona çatmadığı üçün məclisdə iştirak etməyəcəyini bildirmişdi.  

Paylaş: