“Kurtlar Vadisi”nin Murosu və Buludu “Eşkiya”ya keçdi
Tarix: 1-09-2018, 16:31



Məşhur aktyor Mustafa Üstündağ və Hüseyin Avni Danyal “Eşkiya Dünyaya hükümdar olmaz” serialına dəvət edilib.
“Ölkə.Az” xəbər verir ki, yeni mövsümə başlamadan əvvəl Dəniz Çakır, Sənəm Çelik və Olqun Şimşək serialdan ayrılıb. Raci Şaşmaz isə “Kurtlar Vadisi” serialı ilə daha da məşhurlaşan iki ulduz aktyoru layihəyə dəvət edib.
“Kurtlar Vadisi” serialında canlandırdığı Muro obrazı ilə məşhurlaşan Mustafa Üstündağ “Çukur” serialının birinci seriyasında da rol almışdı. O, Koçovalıların öldürülən oğlu Qəhrəman obrazını canlandırmışdı.
Hüseyin Avni Danyal isə “Kurtlar Vadisi”nin fenomen Bulud obrazını canlandırmışdı.


Paylaş: