Aparıcı Sərxan: “Sizi Allaha həvalə edirəm”
Tarix: 1-09-2018, 11:57



“Mənim  səhhətimlə bağlı şou deyə düşünənlər. Sizi Allaha həvalə edirəm”.
 
Primetime.az xəbər verir ki, bu sözləri son günlər qalmaqalları ilə gündəmdə olan aparıcı Sərxan Kərəmoğlu deyib:
 
“Hər birimiz o yaradıb. Mən bu günə qədər kimisə həyatı ilə oynamadım və yaxud  kiminsə çörəyinə bais olmadım. Məndən qorxanlar hər zaman yoluma çıxıb mənə mane olurlar. Niyə? Çünki qorxaq erməni qanından çıxan kimilər erməni sayağı hərəkətlərindən geri qalmırlar. Mən hər zaman sözümü üzə deyən olmuşam və olacam da”.
 
Xatırladaq ki, müğənni Mətanət Əsədova ilə qalmaqal yaşadıqdan sonra S.Kərəmoğlu Lider TV-e rəhbərliyi tərəfindən “Xoş gəldin” verilişdən uzaqlaşdırılıb. Verilişin adı “Xoş ovqat” olaraq dəyişərək aşıq Namiq Fərhadoğluna həvalə olunub.

Paylaş: