“Kurtlar Vadisi”nin aktyoru qəzaya düşdü
Tarix: 1-09-2018, 10:36



“Kurtlar Vadisi”nin Erdalı, tanınmış aktyor Sefa Zengin qəzaya düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Muğla-İstanbul yolunda baş verib. 
Qəza zamanı Sefa Zengin, 8 yaşlı qızı İlayda, xanımı Fiden Zengin və taksi sürücüsü yaralanıb. Onların mindiyi taksinin qarşıdan gələn avtomobillə toqquşduğu məlum olub.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib, yaralılar xəstəxanaya aparılıb.





Paylaş: