“Libretto əlimə gələndən 2-3 il sonra “Cümhuriyyət” əsəri hazır olar” –Cavanşir Quliyev
Tarix: 1-09-2018, 09:34



Bu il  Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100 illik yubileyi rəsmi səviyyədə qeyd edildi.  Bu istiqamətdə elmi, publisistik və başqa kontekstdən müəyyən işlər görüldü.
Təbii ki,  tariximizin şərəfli səhifəsi olan Cümhuriyyətə  mədəniyyət, musiqi sahəsinin də diqqət yetirməısi vacibdir.

Hazırda Türkiyədə çalışan tanınmış bəstəkar, Dövlət Marşının müəllifi Cavanşir Quliyev bir müddət əvvəl Moderator.az  saytına açıqlamasında Cümhuriyyət günü ilə bağlı hər hansı musiqi əsəri yazıb-yazmayacağı sualını da cavablandırmışdı:

“Planlarımda bəzi əsərlər var, lakin mən heç vaxt bədii əsəri hər hansı bir tarixlə bağlanmasının tərəfdarı olmamışam - bu pis sovet ənənəsidir. Ömür aman versə “Cümhuriyyət” adlı  bir opera üzərində  işləmək istəyirəm. Əslində, bu sevgi dastanıdır, lakin hadisələr Azərbaycanda ilk Cümhuriyyət qurulan dönəmdə baş verir”.

Tanınmış bəstəkar sayta yeni açıqlamasında  “Cümhuriyyət”lə bağlı  musiqi əsərinin nə zaman ərsəyə gələcəyinə də toxunub:
“Librettonun yazılmasını gözləyirəm. Bu barədə bir neçə yazar maraqlanıb. Əsərin nə zaman ərsəyə gəlməsi isə çətin sualdı. Libretto əlimə gələndən iki-üç hazır ola bilər”.

Paylaş: