Tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür
Tarix: 2-08-2017, 11:30


Tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.
Ulduzumsan.Az-ın məlumatına görə, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 
O, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor Evində kinomexanik, 1976-1978-ci illərdə Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib, 1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor işləyib. Aktyor 1978-ci ildən indiyədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında filmlərə çəkilir. Azərbaycan kinosunda yaddaqalan obrazlar qalereyası yaradıb.
F.Manafov 1987-ci ildə "Əməkdar artist", 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Paylaş: