""Qaçqınkom"dan dedilər ki, mənzillə təmin edilənə qədər heç yerə çıxarıla bilməzlər" — Tacir Şahmalıoğlu
Tarix: 31-08-2018, 11:17



"Ölkə.Az"-ın müğənni Tacir Şahmalıoğlunun anasının yaşadığı mənzildən çıxarılmasıyla bağlı ictimailəşdirdiyi problem həllini tapıb. Bu barədə əməkdaşımıza sənətçi özü məlumat verib. Onun sözlərinə görə, məsələ ictimailəşdirildikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") onunla əlaqə saxlayıblar:
""Qaçqınkom"dan dedilər ki, ananız məcburi məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillə təmin edilməyənə qədər hazırda yaşadıqları mənzildən çıxarıla bilməzlər. Çünki dövlətin qanunu var. Biz demirik ki, həmin mənzilə iddialıyıq. Sadəcə, əvvəlcə anamı və vəfat etmiş qardaşımın ailəsini mənzillə təmin etsinlər. Axı iki azyaşlı uşaq, səksən iki yaşlı qadın və qardaşımın həyat yoldaşı harada məskunlaşmalıdır? Anamı dəfələrlə öz yanıma gətirmək istəmişəm, razı olmayıb. Oğlunun ətrini həmin nəvələrindən alır".
Qeyd edək ki, ötən gün ictimailəşdirdiyimiz xəbərdə qeyd edilirdi ki, T.Şahmalıoğlunun 82 yaşlı anası Südabə Allahverdiyeva 25 ildir məskunlaşdığı birotaqlı mənzildən Yasamal Rayon Məhkəməsinin qərarıyla çıxarılır. 



Paylaş: