Nazirlik işçisi İTV-də işə başladı
Tarix: 30-08-2018, 15:07



Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş "Sosial həyat" jurnalının baş redaktor müavini Əmrah Fəqanoğlu İctimai televiziyada işə başlayıb.

BakuPost xəbər verir ki, o, bundan sonra TV-nin xəbərlər departamentində redaktor vəzifəsini icra edəcək.

Ə.Fəqanoğlu faktı saytımıza təsdiqləyərək, ayın 21-dən İTV-də rəsmi olaraq fəaliyyətə başladığını bildirib.

Qeyd edək ki, "Sosial həyat" jurnalının fəaliyyəti ƏƏSMN rəhbəri Sahil Babayevin əmri ilə dayandırılıb.


Paylaş: