Sərxanın qovulduğu verilişin son aqibəti bəlli oldu
Tarix: 30-08-2018, 13:07



Lider TV-də  yayımlanan “Xoş gəldin” verilişinin son aqibəti məlum oldu.
 
Primetime.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva bildirib ki, bundan sonra verilişi aşıq Namiq Fərhadoğlu aparacaq:
“Çox peşmanam. Bundan sonra nə ikili, nə də üçlü şəkildə veriliş aparmayacağam. İnşallah, nə vatxsa aparıcılıq etsəm, özüm tək edəcəyəm ki, sözüm kəsilməsin. Məncə o verilişin adı dəyişiləcək. Sərxana gəldikdə isə münasibətlərimiz normaldır. Hamı elə bilir ki, biz küsülüyük. Belə bir şey yoxdur. Mənim müğənni Mətanət ilə də münasibətlərim normaldır. Sadəcə yenə deyirəm, veriliş zamanı vaxt çatmadığına görə fikrimi çatdıra bilmədim. Həmin hadisədən 2 gün əvvəl mən özüm Mətanətlə danışıb, ona dəstək olmuşam.  Verilişdən sonra Mətanətə zəng vurub danışdım, dedi sabah efirdəyəm yığarsan. Yığdım, amma mənə çox hörmətsizlik edildi. Səsim də qəfil efirdə kəsildi. Çox peşman oldum ora zəng etməyə.
Sponsorlara gəldikdə isə mənə görə heç nə demirlər. Amma verilişə pul ödəyiblər. Yenidən başlayanda yönləndirəcəyəm, orada reklam edilsinlər.
Amma bundan sonra özümə söz vermişəm. Heç kimin işinə qarışmayacağam, heç kimə dəstək olmayacağam. Nə yaxşı tərəfə, nə pis. İnsanın başı daşdan daşa, dəyə-dəyə ağıllanır. Mənim də bəzi insanlarla işim məhkəmədədir. Bir nəfər mənə dəstək çıxan oldu? Yox”.
 
Xatırladaq ki, Mətanət Əsədova ilə qalmaqal yaşadıqdan sonra Sərxan Kərəmoğlu Lider TV-e rəhbərliyi tərəfindən sözügedən verilişdən uzaqlaşdırılıb.

Paylaş: