Arif Babayev: "Yolum o tərəfə düşsə, Canəlinin atasına yasin oxutduracam"
Tarix: 30-08-2018, 11:41



Xalq artisti Arif Babayev həmkarı Canəli Əkbərovun onunla barışmaq istəməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Sənətkar "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, heç vaxt Canəli Əkbərova düşmən münasibətində olmayıb:
"Onunla düşmən deyilik ki. Gərək özü camaatla yaxşı dolansın, bəzi sənət adamlarıyla münasibətləri qaydasına salsın. Sənət adamları bir-biriylə yaxın olmalıdır. Dost arasında hörmət qazanmalısan. Dünyanın axırı deyil ki. Sadəcə, o vaxt ağzına gələni danışdı. Dedim ki, nə yazsa da əhəmiyyət verən deyiləm. Biz kişiyik, qadın deyilik ki, qalmaqal edək. Mənsumla da gərək barışmağa yer qoyaydı. Mənsum yaxşı oğlandır, yaxşı da oxuyur. Sən   müsabiqənin münsiflər heyətində yer almadığına görə küsmüsən. O işlər bizlik deyil. Bizi də ora dəvət ediblər”. 
Arif Babayev Canəli Əkbərovun atasıyla bağlı da danışıb:
"Onun atasının evində çörək kəsmişəm. Yolum o tərəfə düşsə, atasına yasin oxutduracağam. Atası yaxşı kişiydi. Elə kişidən belə oğul... (gülür). Sadəcə, düşünmək lazımdır ki, biz münsif siyahısı tutmuruq. Dəvət edirlər, münsif kimi fikrimizi bildiririk. Çox xahiş edirəm, fikirlərim olduğu kimi yazılsın. O gün də yazıblar ki, Arifin vəziyyəti ağırlaşdı (gülür). İnsanıq, hamımızı Allah yaradıb. Çalış ki, beş-on nəfərin hörmətini qazanasan. O səhnəni əbəs yerə yuxarıda tikməyiblər. Camaat aşağıda rahat oturub, sənə baxır. Gərək seçiləsən, yaxşılıq etməyi bacarasan, insanlarla xoş ünsiyyət qurasan". 
Qeyd edək ki, C.Əkbərov yenicag.az-a açıqlamasında A.Babayevla barışmağa hazır olduğunu bildirib:
"Mən iddialı adam deyiləm. Dosta qarşı hər zaman hörmətlə davranmışam, çünki zamanında həmin dostları evimə gətirib, çörək vermişəm. Ariflə indi münasibətimiz yoxdur. Lakin o, mənə qarşı addım atarsa, barışaram".

Paylaş: