“Hacıbaladan əl çəkirəm, qoy evim başıma uçsun...” - Xalq artistindən şok açıqlama
Tarix: 30-08-2018, 09:50



Televiziya verilişlərimizin çox qapı gəzməyin üzərində qurulub. Telekanallarımızda ya ucqar bir kənddə toy şənliyini efirlərdə yayımlayırlar, ya da ki, “Ay, ev yiyəsi” deyib qapı-qapı gəzirlər. Düşmən isə gecə-gündüz əleyhimizə kampaniyalar təşkil edir. 

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov Moderator.az -a açıqlamasında buna görə televiziya kanallarımızı sərt şəkildə tənqid etdi:

“Belə eybəcər verilişlərin fəaliyyəti dayandırılmalıdır. Məni bir şey maraqlandırır ki, biz cavan vaxtlarımızda tariximiz, dövlətimiz, milli adət-ənənələrimiz haqda fikirləşirdik. Televiziya dünyada ən təhlükəli silah hesab olunur. Bu gün efirlərimizdə hoqqa çıxaran cavanlar məgər azərbaycanlı deyillər?! Onların milli qeyrəti, ruhu yoxdu?! Onlar niyə bu yaxşı şeylər haqqında danışmırlar. Mənə bu gün üç kitab veriblər, heyrətə gəlmişəm. Dünyanın hansı ölkəsində yaşından, peşəsindən asılı olmayaraq ermənilər gecə-gündüz bizi gözdən salmaqla məşğuldurlar. Gecə səhərə kimi kitabı oxuyub, ağlayıram. Televiziyalarımızı bu istiqamətə yönləndirmək lazımdır. Bəsdir daha gedib ucqar bir kənddə xəstə bir ailə tapıb efirə çıxararaq onu Azərbaycan xalqının adından göstərici kimi təqdim etdilər. Əgər o rayonda hadisə baş veribsə, həmin rayonun rəhbərliyi həmin işlərlə məşğul olmalıdır. Niyə milyonları oğurlayıb mənasız, mahiyyətsiz seriallara xərcləyirlər?! Xalq da bunlara nifrət edir, amma xeyri yoxdu. Hələ də gedib kəndlərdə dana kəsib oğluna toy edənləri efirə çıxarırlar. Azərbaycanda nə qədər gülməli artist olar. Mən Hacıbala Abutalıbovdan əl çəkirəm, qoy evim uçsun başıma tökülsün, eybi yoxdur, amma hamınızı səfərbər edirəm ki, ermənilərin bizə qarşı olan gözdən salma kampaniyasına qarşı çıxaq. Konkret faktlarla erməni yalanlarıyla bağlı bütün dünyaya müraciətlər hazırlayıram. Media nümayəndələrinə də müraciət edəcəm. Biz vətənimiz, torpağımız haqda fikirləşməliyik”.  

Paylaş: