“Felicita”nın ifaçısı Bakıya gəlir
Tarix: 28-08-2018, 18:06



“Felicita” mahnısının ifaçısı kimi tanınan italyan müğənnisi, aktyor Al Bano Karrizi Azərbaycana gəlir.  
75 yaşlı sənətçi Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək .
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.
O, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.



Paylaş: