Elariz ölkəni tərk edir?
Tarix: 28-08-2018, 11:52



Müğənni Elariz Məmmədoğlu Azərbaycanı birdəfəlik tərk edir. Müğənni artıq Amerikaya köçmək üçün hazırlıqlar da görüb.

Milli.az əməkdaşı müğənninin özü ilə əlaqə saxlayıb, yayılan məlumatlara aydınlıq gətirib:
"Bəli, Azərbaycandan gedirəm, amma həmişəlik yox, 15-20 günlük. Həyat yoldaşım keçən il "Greencard" udmuşdu, bu da bizə Amerikada yaşamaq hüququ verir. İstədik ki, bundan
yararlanaq. Mən həmişəlik Azərbaycanı tərk etmərəm, çünki Bakısız heç yerdə yaşaya bilmərəm".

Paylaş: