Lalə yenidən efirə qayıtdı
Tarix: 28-08-2018, 11:11



Xəbər verdiyimiz kimi, aparıcı Lalə Əlimuxtarova “Lider” kanalından çıxıb. 
UlduzumSan.Az-ın məlumatına görə, aparıcı bir neçə həftə əvvəl ARB-də yeni işə düzəlib.
Lalə artıq orada yayımlanacaq verilişi haqda məlumat da verib. O bildirib ki, proqramın adı “Kim var, kim yox?”dur. Aparıcı öz komandası ilə birlikdə bölgələrə yollanacaq. İlk çəkiliş isə Şamaxıda aparılır.
Qeyd edək ki, Lalənin "Lider”də yayımlanan "Ay ev yiyəsi” verilişi də eyni formatda idi.

Paylaş: