Əməkdar artist bağ evini dodaq uçuqladan qiymətə satdı
Tarix: 25-08-2018, 11:30



Əməkdar artist Cavanşir Məmmədov Mərdəkandakı bağ evini təxminən 600 min manata satıb.

"O başdannan" proqramında qonaq olan əməkdar artist qiyməti demək istəməsə də duet ortağı Firuzə İbadova açıqlayıb. Verilişin aparıcıları qiyməti eşidərkən təəccüblərini gizlədə bilməyiblər.

Müğənni mülkünü satmaq səbəbini də açıqlayıb.

Cavanşir Məmmədov bu addımının müflisləşməsi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib:

"Mən bağa gedə bilmirəm. Ailə də mənsiz ora getmir. Bir şey ki lazım deyilsə, mən onu niyə saxlayım".
 
///Milli.Az

Paylaş: