Azərbaycanlı müğənninin evindən oğurluq olub
Tarix: 25-08-2018, 10:19



Müğənni Cavid Hüseyn oğurluqla üzləşib.

UlduzumSan.Az milli.az-a istinadən xəbər verir ki, ifaçının övladının bahalı velosipedini oğurlayıblar. 

Bu haqda məlumatı təsdiqləyən Cavid işin polis nəzarətində olduğunu bildirib:

"Bu barədə hüquq mühafizə orqanlarına xəbər vermişəm. Təbii ki, onlar bu adamı tapıb cəzalandıracaqlar, sadəcə ola bilər ki, həmin adam velosipedi aparıb dəyərin-dəyməzinə satıb xərcləyəcək və itən əşyanın pulunu ödəyə bilməyəcək. Buna heç kim cavabdeh ola bilməz. Ona görə hamı diqqətli olub, hüquq-mühafizə orqanlarına dəstək olmalıdır".

Paylaş: