Sibel Can İstanbulda yol qəzasına düşüb
Tarix: 25-08-2018, 09:54



Türkiyənin tanınmış müğənnisi Sibel Can İstanbulda oğlu ilə yol qəzasına düşüb.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Beşiktaşın Barbaros prospektində biri mikroavtobus olmaqla 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
Hadisə zamanı biri uşaq olmaqla 3 nəfər yaralanıb. Qəzaya düşən avtomobillərdən birində müğənni Sibel Can və oğlu Əmir Aksüt də olub. Onların heç birinin xəsarət almadığı bildirilir.
Sibel Can qəzadan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, təhlükəsizlik kəməri istifadə etməyin zəruri olduğunu bildirib və xəsarət almamasını bununla əlaqələndirib.

Paylaş: