“Fazilet hanım ve kızları” məhkəməlik oldu
Tarix: 23-08-2018, 10:52



“Fazilet hanım ve kızları” serialını bir səhnəyə görə məhkəməyə veriblər.
“Ölkə.Az” xəbər verir ki, serialda bir insanın məzar daşının göstərilməsi məsələnin məhkəməyə qədər aparılmasına səbəb olub.
Moldovada baş verən avtomobil qəzasındakı Ceyhun Başaranın qızı İrəm atasının məzar daşının serialda göstərildiyini iddia edərək məhkəməyə müraciət edib. İrəm 30 min lirə (10 min manata yaxın) mənəvi təzminat tələb edir.
Serialın 37-ci seriyasında bir neçə məzar daşı kadra girib. Onlardan biri isə Ceyhun Başarana aid olub. Daşın üzərinə “Ruhlarına Fatihə” yazıldığı üçün Başaran ailəsi tərəfindən yenisi sifariş verilmiş, kadrda görünən isə məzar daşı sexində qalmışdı.
Qeyd edək ki, Ceyhun Başaran Rəcəb Tayyip Ərdoğan İstanbulun meri olanda onun mühafizəçisi işləyib.

 


Paylaş: