"Heç vaxt oxuduğum bəstəkar mahnılarını bayağıya dəyişmərəm"
Tarix: 23-08-2018, 10:10



Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə izləyicilərin suallarını cavablandırıb.

Moderator.az xəbər verir ki, müğənni yeni mahnı oxumamasının səbəbini açıqlayıb. O bildirib ki, mahnılarına baxış sayı az olur:

"Hamı yeni mahnı istəyir. Amma yeni mahnı oxuyub paylaşırsan ki, hamı dinləsin. O mahnıya baxış sayına baxanda adam çox təəssüflənir, heyfslənir. Təəssüflənirəm ki, hansı videolar, fotolar çoxsaylı baxış qazanır... Söz tapmıram deməyə... 

Heç vaxt oxuduğum bəstəkar mahnılarını bayağıya dəyişmərəm. O, çoxsaylı baxış toplayan mahnıların 1 ay ömrü var. Sevinirəm ki, oxuduğum bəstəkar mahnıları bugünə kimi dinlənilir".

Paylaş: