Bülənt Ərsoyun 15 min manatlıq paltarı iki yerə bölündü
Tarix: 21-08-2018, 15:27



Türkiyənin pop divası Bülənt Ərsoy Çeşmədəki konserti zamanı tamaşaçıların xahişi ilə səhnədən enib.
Bu zaman yaranan insan izdihamı nəticəsində müğənninin 50 min lirəlik (15 min manata yaxın) paltarı iki yerə bölünüb.
Selfie çəkdirmək istəyən tamaşaçıların hücumuna məruz qalan müğənnini mühafizəçilər xilas ediblər.
Konsertdən sonra açıqlama verən müğənni deyib: “Canımız sağ olsun, ac qurdlar yox, xalqın sevgisi məni parçaladı. Çalışıb qazanaram, yeni paltar alaram”.



Paylaş: