Tolik Fatimə ilə dostluğu pozdu- Mətanətə görə
Tarix: 21-08-2018, 10:55



Prodüser Tolik (Tarıx Əliyev)  rəqqasə Fatimə Fətəliyevadan incidiyini bildirib.
 
Primetime.az xəbər verir ki, o bu barədə aparıcısı olduğu “Hər şey daxil ” verilişində söyləyib:
 
” Dünən Sərxan Kərəmoğlu efirdə Mətanət haqqında nəsə danışdı. O artıq Sərxanın işidir, ona qarışa bilmərəm. Amma Fatimə  axı sən 2 saat əvvəl Mətanəti dəstəkləmişdin .  Siz necə veriliş aparısınız ki, söz haqqınız yoxdur. Pul verib o verilişdə aparıcılıq etməkdənsə, ayda bir dəfə mənim efirimdə qonaq ol. Bu gündən etibarən Fatimə ilə dostluğumu dondururam. Nə vaxt aparıcısı olduğun verilişdə söz haqqına sahib olacaqsansa onda da səninlə danışacam”.
 
Qeyd edək ki, Fatimə Fətəliyeva dünəndən etibarən “Lider” TV-də yayımlanan “Xoş gəldiniz” verilişində Aşıq Namiq Fərhadoğlu və Sərxan Kərəmoğlu ilə aparıcılıq edir.

Paylaş: