“Şollerin arxivi” filmi İngiltərədəki festivalda finala çıxdı
Tarix: 20-08-2018, 18:02



Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi beynəlxalıq festivallarda uğurlarını ard-arda düzməkdə davam edir.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-bildirib ki, "Şollerin arxivi" İngiltərənin 27-ci Çiçester festivalında finala yüksəlib. 

“Çiçester festivalının Tvitter səhifəsindəki siyahısında filmimiz ikinci göstərilib”.

https://twitter.com/NewParkCinema 

 "Şollerin arxivi" bədii filmi bundan əvvəl Hindistanda kecirilən Lake City İnternational Film Festival-da "Ən Yaxşı Film" kateqoriyasının qalibi olub. 

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. 

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

Paylaş: