"İstedadlı gənclərə təmənnasız mahnı verməyə hazıram" — Eldar Mansurovdan BÖYÜK JEST
Tarix: 20-08-2018, 12:16



Tanınmış teleaparıcı Nərgiz Cəlilova maraqlı təşəbbüslə çıxış edib.
"Ölkə.Az"ın məlumatına görə, o, aparıcısı olduğu "Sevilənlər" verilişində Azərbaycan estradasının yenidən dirçəlməsi, inkişaf etməsi üçün peşəkar bəstəkarların, gənc və istedadlı ifaçılara mahnılar hədiyyə etməsi təşəbbüsünü irəli sürüb.
Xalq artisti Eldar Mansurov teleaparıcının təşəbbüsünə münasibət bildirib. Sənətkar əməkdaşımızla söhbətində bildirib ki, gənc ifaçılara hər zaman dəstək olub:

"Gənc ifaçılar nə zaman müraciət etdilər ki, onlara "yox" dedik? Həmişə kim gəlibsə, yox deməmişik. Sovet dövründə də mahnılarımızı ifaçılara bağışlayırdıq. Bugünkü ulduzların əksəriyyətin bizim təmənnasız verdiyimiz mahnılarla tanınıblar. Hər birinə çoxlu mahnılar vermişik. Bu gün də istedadlı gənclərə təmənnasız mahnı verməyə hazıram".

Paylaş: