Tolik Azərbaycanda bir rəqsi ilə məşhurlaşan uşağı tapdı - Bakıya gəlir
Tarix: 17-08-2018, 15:12



Prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkələrdə məşhurlaşan azyaşlı uşağı nəhayət ki tapıb. 

Qısa zamanda Azərbaycanda məşhurlaşan Şamil adlı uşaq bir anda hər kəsin sevimlisi oldu. Rəqsi ilə sevilən Şamili Tolik tapmaq üçün səfərbər olmuşdu. 

Prodüser nəhayət həmin uşağı tapıb və Azərbaycana gətirmək üçün hərəkətə keçib. Dağıstanda yaşayan Şamilin ailəsinin maddi imkanı olmadığından sənədlərini düzəltmək mümkün olmayıb. Tolik isə ailəyə Bakıya gəlməyə və qonaqlamaq üçün hər cür imkan yaradacağını bildirib. 

Yaxın günlərdə Tolikin təşəbbüsü ilə Şamilin Xəzər TV-də canlı efirə çığacaq. və hər kəsin diqqətii çəkən rəqsini ifa edəcək. 

YAZISI BURADA​​​

Paylaş: