Dəniz Çakır sevgi həyatı ilə gündəmdə: Aktrisa onları məhkəməyə verdi
Tarix: 17-08-2018, 15:11



Dəniz Çakır jurnalist Cüneyt Özdəmirlə sevgi yaşadığını iddia edən saytları məhkəməyə verib. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatı ilə gündəmdə olan məşhur türkiyəli aktrisa Dəniz Çakır məhkəmədə jurnalist Cüneyt Özdəmirlə aralarında sevgi münasibətlərinin olduğunu iddia edən saytların bağlanmasını tələb edib. 

Aktrisanın vəkilləri məhkəməyə baş vuraraq çıxan xəbərlərin dedi-qodu xarakteri daşıdığını və əsası olmayan bu məlumatların bəzi media orqanlarında işıqlandırıldığını bildiriblər. Məhkəməyə təqdim edilən şikayət ərizəsində həm aktrisanın, həm də Cüneyt Özdəmirin barəsində çıxan xəbərləri rədd etdikləri bildirilir: “ Çıxan xəbərlər şəxsi həyata müdaxilədir. Bu cür xəbərlərlə şəxsi həyata müdaxilə edən media orqanları baxlanılmalıdır”. 

Paylaş: