Vüqar xanım müğənniləri təhqir etdi: "Mənə qardaşım deməyə qadağa qoyuram"
Tarix: 17-08-2018, 10:37



Müğənni Vüqar Muradov şou-biznesdəki xanım ifaçılara qadağa qoyub.
BiG.AZ xəbər verir ki, ifaçı bununla bağlı şəxsi instagram hesabında paylaşım edib. Belə ki, qadın müğənnilərin ona “qaqaşım” və ya “qardaşım” deməsi Vüqarı əməlli - başlı özündən çıxarıb:

“Şou-biznesdə olan xanımlar, sizə mənə “qaqaşım”, qardaşım” deməyi qadağa qoyuram. Biz ancaq sənət dostu ola bilərik. Ağır söz deyib, sındırmaq da istəmirəm çoxusunu. Amma bu qədər də olmaz. Kim sizi bacı kimi qəbul edirsə, özü bilər. Axirətdə bacım olasız”.

Vüqarın bu sözləri izləyiciləri arasında müzakirələrə səbəb olub. 

Vüqar xanım müğənniləri təhqir etdi: "Mənə qardaşım deməyə qadağa qoyuram"

Paylaş: