Əməkdar artist iş axtarır
Tarix: 16-08-2018, 15:44



Azərbaycanın tanınmış aktyoru, əməkdar artist İlham Hüseynov iş axtarır.
Hazırda Gəncədə olan aktyor bu barədə AzVision.az-a açıqlamasında deyib. İyun ayında ağır əməliyyat keçirən aktyor hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

"İyunun 20-də ayağımdan əməliyyat olundum. İndi vəziyyətim yaxşısıdır. Sağalmağa doğru gedirəm. Hələlik əsa ilə gəzirəm. Bu, ağır əməliyyatdır, təsəvvür edin, sümük çəkilir, çanağ oynağının əvəzinə protez yerləşdirilir. Bədən buna alışmalıdır. Proses uzun müddətli və çətindir. Hazırda işsizəm. Sentyabrda Bakıya qayıdacağam”.

İ. Hüseynov səhhətinə görə hansısa teatra müraciət etmədiyini söyləyib: “Hələki dəvətlər yoxdur. Rejissor Rövşən İsax mövsümdə hansısa bir layihəni reallaşdıracaq. Əgər dəvət edərsə, məsləhət bilərsə, orada iştirak etmək mənim üçün xoş olar. Seriala, filmə dəvət yoxdur. Həm də səhhətimlə bağlı imkanlar da buna uyğun deyil. Sentyabrdan sonra nə olacaqsa, onu zaman göstərəcək. Bu dəqiqə diqqətim səhhətimə yönəlib. Tam sağalandan sonra nəticəni gözləyəcəyəm. Payızda reablitasiya prosesi başlayacaq. Ümid edirəm ki, qışda əsasız gəzə bilərəm. Ondan sonra hansısa teatra iş üçün müraciət edə bilərəm. İndi isə dogma Gəncə Dövlət Dram Teatrında yarımştatdayam”.

Paylaş: