“Arzumuz da, duamız da vətənimizi bütöv görməkdir”
Tarix: 16-08-2018, 09:25



Xalq artisti Alim Qasımovun altmış bir yaşı tamam olur. 

Alim Qasımov 1957-ci il avqustun 15-də Şamaxı rayonunun Nabur kəndində anadan olub. 

Xalq artisti Moderator.az-a açıqlamasında doğum günüylə bağlı fikirlərini bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun, Allah hamınızdan razı olsun. Hamıya uzun ömür, can sağlığı arzu edirəm. Əsas olan can sağlığıdır, o olandan sonra hər şeyə nail olmaq olar. Arzumuz da, duamız da vətənimizi bütöv görməkdir”. 

- Alim müəllim, Qarabağı azad etmək xoşbəxtliyi bu millətə nəsib olsaydı, Şuşada və Ağdamda hansı muğamı oxuyardınız?

- Torpaqlarımız azad edildikdən sonra orda cavanlar oxuyardı, mən də onları alqışlayıb mahnıdan, təsnifdən oxuyardım. Nəyi oxuyacağımın “təbi” İnşallah orda gələcək”. 

Paylaş: