Hacı Nuran ziyarətə getdi
Tarix: 15-08-2018, 11:08



Aparıcı Hacı Nuran Hüseynov ziyarətə gedib.

BiG.AZ xəbər verir ki, aparıcı Həcc ziyarətinə yollanıb. O bu haqda sosial şəbəkədə məlumat verib. 
Hacı Nuran paylaşdığı fotoya bu sözləri yazıb:

"Əziz, sevimli, mənə daima dua edən gözəl dostlarım. Qarşıda müsəlman aləminin vacib əməllərindən biri olan müqəddəs Həcc ziyarəti gəlir ... Mən ziyarətqabağı hamınıza cansağlığı arzu edirəm. Allah hər kəsə bu gözəl ziyarəti nəsib eləsin. Ziyarət təkcə «hacı» titulu deyil, bu mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Mən Allahdan bütün xəstələrimizə cansağlığı dua edəcəyəm və hamısına heç zaman ümidinizi itirməmək diləyirəm. O, böyükdür və hər şeyə qadirdir. P.S.: İnşAllah sabah səhər saatlarında müqəddəs həcc ziyarətinə yola düşəcəyik. Allah ziyarətimizi qəbul eləsin. Sizinlə tezliklə görüşmək arzusunda olan Sizin...".

Paylaş: