"26 ildən çoxdur ki, onunla həm Azərbaycanda, həm də xaricdə eyni səhnələri paylaşırıq"
Tarix: 15-08-2018, 08:52



Dünən xalq artisti Alim Qasımovun doğum günü idi. Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxı rayonunun Nabur kəndində anadan olub. Sənətkarın qızı xanəndə Fərqanə Qasımova Moderator.az-a açıqlamasında atasının doğum günüylə bağlı öz fikirlərini bölüşüb:

“Atama ən başlıcası can sağlığı arzu edirəm. O, bu günə kimi həm Azərbaycanda, həm də dünyada ad qazanıb. Bunlar hamısı Alim Qasımova bu yaşında qismət olub. Ona ürəyi istədiyi kimi səhnələrdə çıxış etməyi arzulayıram. İyirmi altı ildən çoxdur ki, Alim müəllimlə həm Azərbaycanda,  həm də xaricdə eyni səhnələri paylaşırıq. Bunun  özü bir xoşbəxtlikdir. İnş Allah bunun davamlı olmasını arzu edirəm. Bu gün doğum günün qeyd etmir, dostlarıyla rayona bir məclisə gedib”. 

Paylaş: