“Eşkiya Dünyaya Hökmdar Olmaz” nə vaxt başlayacaq?
Tarix: 13-08-2018, 11:22



Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialı Azərbaycan izləyiciləri tərəfindən də maraqla qarşılanır.
Serial bu iyunun 12-də, 107-ci bölümü ilə sezon finalına çıxıb. Yeni sezonun nə vaxt başlanacağı və hansı kanalda yayılacağı sualı isə Türkiyədəki qədər Azərbaycan üçün də maraqlıdır.
AzNews.az Türkiyə mətbuatına istinadən “Eşkiya Dünyaya Hükümdar Olmaz” haqqında ən yeni xəbəri sizə təqdim edir.
Oktay Kaynarca, Deniz Çakır, Tarık Ünlüoğlu kimi aktyorların baş rollarda olduğu serial sentyabr ayından ATV kanalında yeni sezona başlayacaq. Filmin istehsalçıları bildiriblər ki, dizinin ilk bölümündə “nəfəs kəsən anlar” çox olacaq. Lakin sentyabr ayının məhz hansı günündə efirə çıxacaqları barədə istehsalçılar məlumat verməyə tələsməyib.
Xatırladaq ki, “Eşkiya Dünyaya Hükümdar Olmaz”ın sezon finalında Yaşara qarşı hazırlanmış sui-qəsddən sonra Çakırbeylilərin intiqam almaqdan başqa yolu qalmamışdı.Digər tərəfdənsə boşanmaq istəyən Məryəm Hızırın hər şeyin dərinliyinə getməkdən imtina etməsi ilə çaşqınlıq yaşayıb. Onların hər cür şəraitdə tükənmək bilməyən eşqləri yenə qazanan tərəf olacaq.

Paylaş: