Rus estradasının bu ulduzu əslən Şamaxıdan imiş
Tarix: 1-08-2017, 09:34


Rusiyanın əməkdar artisti Stas Mixaylov Bakıda "Jara-2017" beynəlxalq musiqi festivalı çərçivəsində çıxış edib.
Ulduzumsan.Az bildirir ki, o, Sputnik Azərbaycan-a verdiyi müsahibədə etiraf edib ki, son vaxtlar Bakıya tez-tez gəlir.
Onun sözlərinə görə, bakılılar çox qonaqpərvərdir, xalqımız çox istiqanlıdır, onlar onu sevirlər, o da onları. O qeyd edib ki, dəfələrlə Bakıda konsert proqramı ilə çıxış edib və daha bir konsert də təşkil etmək fikrindədir. Çünki bunu ondan tez-tez pərəstişkarları xahiş edir.
"Mənim ata tərəfdən Azərbaycan köklərim var. Mənim atam Şamaxıda doğulub. O, hərbçi olub. Ona görə də, onu Şamaxıdan Adlerə göndəriblər və biz 1968-ci ildən Soçidə məskunlaşmışıq. Atam həmişə Azərbaycana gəlməyi arzulayırdı, amma təəssüf ki, bu, alınmadı. Amma mən xoşbəxtəm ki, onun arzusunu yerinə yetirdim" — Mixaylov bildirib. 

Müğənni etiraf edib ki, hər il Bakıya gəlir və burada öz tanışları ilə bütün şəhəri gəzir. Mixaylov üçün Heydər Əliyev və Müslim Maqomayevin qəbrini ziyarət etmək ənənəsi bir növ xüsusi rituala çevrilib.
Bakı publikasına gəlincə, müğənni hesab edir ki, digərləri ilə müqayisədə o, daha emosionaldır.
"Mənim tamaşaçılarım təsadüfi adamlardır. Onlar da eynilə mənim kimidirlər və ona görə də, onlarla mənim aramda hər dəfə xüsusi rabitə əmələ gəlir. Bu, mənim xoşuma gəlir. Heç də bütün insanlar öz emosiyalarını göstərməyi xoşlamırlar" — deyə Mixaylov bildirir.
İfaçı onu da bildirib ki, gələcəkdə Bakıda ev almağı planlaşdırır. 

"Jara-2017" beynəlxalq musiqi festivalı artıq ikinci dəfədir ki, Azərbaycan paytaxtında keçirilir. Üç gün ərzində — 27-30 iyul tarixlərində müxtəlif ölkələrdən Bakıya gələn populyar və sevimli estrada ulduzları öz tamaşaçıları və pərəstişkarları qarşısında çıxış ediblər.
"Jara" layihəsinini təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Paylaş: