Rio-de-Janeyroda Azərbaycan caz musiqisi səslənəcək
Tarix: 10-08-2018, 15:28



Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın caz musiqisi təqdim olunacaq.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 30-da məşhur musiqiçi İsfar Sarabskinin triosu və Şəhriyar İmanov “Azərbaycan cazı” adlı konsert proqramı ilə çıxış edəcəklər.



Qeyd edək ki, bu, uzaq Latın Amerikası ölkəsində Azərbaycan musiqisinin ilk təqdimatı deyil. 2015-ci ilin aprel ayında Rio-de-Janeyro şəhərində keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin “Qarabağ” muğam triosu ilə birgə konsertləri böyük maraq doğurmuşdu.

Paylaş: