Bakıda 5 manata 18+ TAMAŞA
Tarix: 9-08-2018, 16:59



İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək.
Publika.az xəbər verir ki, tamaşa avqustun 13-ü saat 20:00-da ADO teatrında göstəriləcək. Biletlərin qiyməti 5 manatdır.
Rejissoru isə İmam Həsənovun olduğu tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Ceyhun Zabitli canlandıracaq.
Xatırladaq ki, ideyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə keçirilib. Bu tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır.
Ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.








Paylaş: