68 yaşlı məşhur aktyor ata olacaq
Tarix: 9-08-2018, 12:18



Hollivudun məşhur aktyoru Riçard Qir ata olacaq.
Xarici KİV-in məlumatına görə, 68 yaşlı aktyor 35 yaşlı həyat yoldaşı Aleksandra Silva ilə valideyn olmağa hazırlaşır. Cütlük bu ilin aprel ayında ailə qurub.
Hamiləliyin müddəti və körpənin cinsiyyəti barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, R.Qirin birinci evliliyindən bir oğlu var.
 


Paylaş: