Bu dünya ulduzunun sevgilisi türk imiş
Tarix: 9-08-2018, 11:58



Məşhur dünya ulduzu Lindsey Lohanın bir türklə sevgili olduğu üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Günaydın” qəzetinin jurnalisti Bülent Cankurt verib:
“Ötən həftə dostum Murat Aslan Lindsey Lohanla görüşdüyünü dedi. Murat keçən il 8 illik həyat yoldaşı Beyza Uyanoğludan boşanıb. Onun dediyinə əvvəlcə inanmadım. Amma sonradan Adriana Lima və Metin Hara sevgisini yadıma saldım. Sonra İnstaqrama baxdım. Lindsey Lohanın bir fanatındakı fotolar Murat Aslanla Lindseyin sevgili olduğunu üzə çıxarır”.
Hər yerdə Türkiyənin suriyalı qaçqınlara qucaq açmasını tərifləyən və tez-tez Türkiyədəki düşərgələrə baş çəkən Lindsey ilə Muratın hansı şəraitdə və nə vaxt tanış olduğu bilinmir.



Paylaş: