Rəmiş o müğənniləri BİABIR ETDİ: "Ərə gedib on gün sonra..."
Tarix: 9-08-2018, 10:32



"Ərə gedirlər, on gündən sonra bəhanı ilə "ərim narkomandır" deyib ayrılırlar".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynov (Rəmiş) Zaur Kamalın “5/5” verilişində dünən qonaq olarkən deyib.
Zaur Kamal verilişin digər qonağı aşıq Tellinin ailə qurmamasına təəssüfləndiyini ifadə edib. Daha sonra gitaraçı aşıq Telliyə "Neyləyir ee, əri" deyə bildirib və müğənnilərin boşanma səbəblərindən danışıb:
"İnternetdə baxıram, bir-iki müğənni ərə gedir, on gün sonra bəhanə ilə "ərim narkoman idi" deyib boşanır. Nə oldu, elə sizi alan narkoman oldu?".



Paylaş: