Anna Netrebko Rusiyanın ən çox qazanan musiqiçisi seçilib
Tarix: 31-07-2017, 15:52



Opera müğənnisi Anna Netrebko "Forbes" jurnalının versiyasına görə Rusiyanın ən çox qazanan musiqiçisi adına layiq görülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onun illik qazancı 7,5 milyon təşkil edib.
Siyahıda ikinci pillədə 2017-ci ildə 7,4 milyon dollar qazanan estrada müğənnisi Filipp Kirkorov, üçüncü sırada isə 6,6 milyon gəlirlə repçi Timati qərarlaşıb.
Qeyd edək ki, reytinqin hazırlanmasında illik gəlirdən başqa, musiqiçilərin KİV-də adının tez-tez hallanması, onların internet auditoriyanın marağını cəlb etməsi kimi amillər də nəzərə alınıb.
Qeyd edək ki, Rusiyanın opera müğənnisi Anna Netrebko opera tenoru, əslən azərbaycanlı Yusif Eyvazovun həyat yoldaşıdır.

Paylaş: