“Hüseyn Dərya ilə Anar Nağılbaz həmin gecə orada idilər”
Tarix: 8-08-2018, 15:34



“Avqustun 4-də qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz ilə məşhur reper Hüseyn Dərya arasında düşmənçilik olmayıb. Sadəcə onların arasında inciklik olmuşdu”.
GoldNews.az xəbər verir ki, bu açıqlamanı Azərbaycanın tanınmış təşkilatçı-prodüseri Samir Xəttab baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hər iki reper ilə dost olub.
“Həm Hüseyn Dərya, həm də Anar Nağılbaz ilə 2002-ci ildən dostluq edirdim. Arzum idi ki, onların ikisinin də iştirak etdiyi konsert təşkil edim. 2011-ci ilin yay ayında “Maşın şou” keçiriləndən sonra hər ikisilə razılığa gəldim. Beləliklə də, Nabranda konsert təşkil etdim. Həmin gecə onların ikisi də orada idi”, - deyə Samir Xəttab bildirib.
Onun sözlərinə görə, heç kim inanmırdı ki, onların birlikdə konsertdə iştirak edəcəklər: “Buna heç kim inanmırdı. Lakin konsert baş tutdu və həm Hüseyn Dərya, həm də Anar Nağılbaz həmin konsertdə iştirak etdi”.



Paylaş: