Cəmil Rusiya şou-biznesinə qatılacaq
Tarix: 6-08-2018, 16:42



Ukraynanın “X Factor” yarışının keçmiş iştirakçısı və şirin avaz səsi ilə seçilən gənc müğənni Cəmil də şou-biznes dəstəsindən geridə qalmadı.
Müğənninin Rusiya şou-biznesinə qatılacağı deyilir. 

UlduzumSan.Az-ın məlumatına görə, müğənni Rusiyanın tanınmış sənətkarlarının biri ilə işbirliyinə başlayıb. Sənətkarın adını hələ ki, açıqlaya bilməyən Cəmil elə sənətçinin vasitəsi ilə Rusiya şou-biznesinə qatılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. 

Belə ki, Cəmil həmin sənətçinin bir neçə mahnısını repertuarına daxil edib. Amma müğənni nədənsə bu təklifi gizlin saxlayır. 

Yəqin, gözə gəlməkdən qorxur. 
 

Paylaş: