"Tolik mənə şikayət etmişdi" — Vaqif Əsədov
Tarix: 6-08-2018, 12:55



Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Tolik" kimi tanınan prodüser Tarix Əliyevin zəngilə həmin əraziyə gedərək onun xeyrinə qərar verməsindən danışıb.
V.Əsədov "Ölkə.Az"a açıqlamasında bildirib ki, Tarix Əliyev ona şikayət etdiyi üçün əraziyə baş çəkib:
"Tolik bizə şikayət edərək bildirib ki, avtomobilinin həmin ərazidə saxlanılmasına icazə verilmir. Mən də gedib həmin əraziyə baxmışam. Görmüşəm ki, hər şey qanunudur və geri qayıtmışam. Mən funksional vəzifəmi icra edirəm. Bu gün istənilən vətəndaş mənə zəng edib nə isə deyirsə, mən də öz vəzifəm çərçivəsində onu yetirməyə çalışıram. Yəni, istər Tolik, istərsə də digər başqaları olsun, mən vəzifəmi yerinə yetirirəm. Tolikdən öncə də başqa adamlar mənə zəng edib. Mən də gedib yerində baxmışam, vətəndaşa qanunu izah etmişəm. Onlar da razı qalıblar. Mən bu ölkədə hər kəslə dostam. Kimliyindən asılı olmayaraq, hər kəs mənim dostumdur. Ona görə də vəzifəmi yerinə yetirərkən insanlar arasında heç bir fərq qoymuram. Qanunun tələbləri nədirsə, vətəndaşlara onu izah edirəm".
V.Əsədov qeyd edib ki, bu cür məsələlərdən şou düzəldərək gündəmə gətirilməsi mövzusuzluqdan irəli gəlir:
"Mövzuları, işləri-gücləri yoxdur, düşünürlər ki, kim zəifdir - Vaqif Əsədov, deməli ona sataşaq".

Paylaş: