Nur Yerlitaş yenidən xərçəngə yoluxub
Tarix: 3-08-2018, 11:04



Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş yenidən xərçəng xəstəliyinə yoluxub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, modelyerin sürətlə çəki itirdiyini görən bacısı onu müayinəyə aparıb. Yoxlama zamanı Yerlitaşın beynində şiş aşkar edilib. Onun bazar ertəsi əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, modelyer daha əvvəl də döş xərçənginə görə əməliyyat olunub.

Paylaş: