Vəkil: Emin Ağalarov ABŞ-a ifadə vermək üçün getməyəcək
Tarix: 3-08-2018, 10:36



Azərbaycan əsilli rusiyalı biznesmen və müğənni Emin Ağalarov ABŞ-a ifadə vermək üçün getməyəcək. FaktXəbər bildirir ki, bunu CNN kanalına açıqlamasında onun vəkili Skot Balber deyib.

O, əlavə edib ki, Emin Ağalarov ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı prokuror Robert Müllerin apardığı istintaqa ifadə vermək üçün ABŞ-a getmək fikrində deyil: "Biz prokuror Müllerin komandası ilə danışırıq, lakin ay ərzində ifadə verməklə bağlı ortaq məxrəcə gələ bilməmişik".
 
Vəkilin sözlərinə görə, əsas əngəl E. Ağalarovun dindirilmə keçəcəyi yerdir. Amerikalı prokuror Moskvaya getmək istəmir, Ağalarov da öz növbəsində ABŞ-da ifadə vermək üçün can atmır.

Paylaş: