“Yaddan çıxmamışıq, indiyə qədər gördüyümüz işləri nəzərə alırlar”
Tarix: 3-08-2018, 08:41



Ölkə başçısı İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir neçə tanınmış kino xadimi təltif edilib.

Xalq artisti Rasim Balayev də ölkə başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. 

R.Balayev Moderator.az-a açıqlamasında ölkə başçısına təşəkkür edib:

“Hökümətimiz çox sağ olsun ki, bizə diqqət yetirir, yaddan çıxmamışıq. Əməyimizi qiymətləndirirlər. Bu gün öncəki illərə baxanda tez-tez filmlər çəkmirik, amma görünür indiyə qədər gördüyümüz işləri nəzərə alırlar. Hamınıza təşəkkür edirəm, çox sağ olun ki, sizlər də bizi yada salırsınız”.

Paylaş: