Alişanın körpəsinin cinsiyyəti bəlli oldu
Tarix: 2-08-2018, 15:48



Türkiyəli müğənni Alişanın körpəsinin cinsiyyəti bəlli olub. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə ay bundan öncə ailə quran Alişan-Busə cütlüyü doğulacaq körpəsinin cinsiyyəti məlum olub. Onlar bu haqda məlumatı sosial şəbəkə vasitəsi ilə açıqlayıblar. 

5 aylıq hamilə olan Busə Varol instagram hesabında bu sözləri yazıb: “Oğlan anası olmaq məni çox həyacanlandırdı. Doğum tarixi də bəllidir. Hamiləliyim çox yaxşı irələyir. Verdiyim analizlərdə heç bir problem çıxmadı. Nə qədər şükür etsək azdır. Həkimimə çox təşəkkür edirəm”. 



Alişanın körpəsinin cinsiyyəti bəlli oldu - FOTOLAR
Alişanın körpəsinin cinsiyyəti bəlli oldu - FOTOLAR

Paylaş: