Ölüm xəbəri yayılan Həsənağa Sadıqovun oğlu: "Atam sağdır, Hacı Nuran..."
Tarix: 1-08-2018, 14:52



Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun vəfat etməsi barədə Hacı Nuran sosial mediada məlumat yayıb .
Yenicag.az sənətkarın ailəsilə əlaqə saxlayıb. Gözyaşlarına boğulan oğlu Elşən Sadıqov atasının dünyasını dəyişmədiyini və can üstündə olduğunu bildirib:
“Mənə danışmaq çox ağırdır, atam can verir. Danışa bilmirəm…”
Oğlu, həmçinin, bildirdi ki, Hacı Nuran bilmədən belə xəbər yayıb:
“O indi atamın yanına gəlir”.
Qeyd edək ki, H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkir. Sənətkar Salyanda yaşayır.

VİDEO BURADA​​​

Paylaş: