Aparıcı Mətanət ağır əməliyyat keçirdi - Hərəkət edə bilmir
Tarix: 1-08-2018, 12:22



Aparıcı Mətanət Əliverdiyeva ATV-də yayımlanan "10-dan sonra" verilişin qonağı olub. 

BAKU.WS xəbər verir ki, veriliş ərzində rəqs etməyən aparıcının sirrini əməkdar artist Mətanət İsgəndərli açıb. Müğənni canlı efirdə aparıcının əməliyyat olunduğunu deyib. M. Əliverdiyeva isə öz növbəsində deyilənləri belə təsdiqləyib: "Bəli, yırtıqdan əməliyyat olunmuşam. Tikişlər var deyə, çox hərəkət edə bilmirəm". Bundan əlavə, M. Əliverdiyeva yenicə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva da şəfa diləyib. 

Qeyd edək ki, Mətanət Əliverdiyeva ATV-də "Zarafat-zarafat", "5 gəlin" verilişlərinə aparıcılıq edir, həmçinin "Qız atası" serialında Nəzakət obrazını canlandırır. 

Aparıcı Mətanət ağır əməliyyat keçirdi - Hərəkət edə bilmir - FOTOLAR
Aparıcı Mətanət ağır əməliyyat keçirdi - Hərəkət edə bilmir - FOTOLAR

Paylaş: