"Ağaxanla Hacıbaba arasında Alim Qasımovun üstündə dava idi" — XALQ ARTİSTİ SİRLƏRİ AÇDI
Tarix: 1-08-2018, 12:10



Tanınmış tarzən, xalq artisti Vamiq Məmmədəliyev "Mədəniyyət" kanalına müsahibəsində digər xalq artisti Alim Qasımovla bağlı bəzi sirləri açıqlayıb.
"Ölkə.Az"ın məlumatına görə, Alim Qasımov mərhum sənətkar Ağaxan Abdullayevlə yanaşı, həmçinin Hacıbaba Hüseynovun da tələbəsi olub:
"Ağaxanla Hacıbaba arasında Alimin üstündə dava idi. Hər ikisi deyirdi ki, mənim tələbəmdir. Alim Qasımov da deyirdi ki, hamınızın tələbəsiyəm". 
Maraqlıdır ki, Alim Qasımovun adına yaradılmış "vikipedia" səhifəsində bu iki sənətkardan heç birinin adına rast gəlinmir. 



Paylaş: