Faiq Ağayev: "Bu konsertim əvvəlkilərə bənzəməyəcək"
Tarix: 31-07-2018, 17:49



Xalq artisti Faiq Ağayev sevənlərinə görüşünə gələcək. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı yeni və fərqli tərzdə konsert proqramına hazırlaşdığını deyib: “Səhnə fəaliyyətimin 30 ili tamam olur. Həmişə çalışmışam ki, bu konsertim əvvəlkilərə bənzəməsin. Yeni format fikirləşmişik. Tamaşaçılar yeni Faiq Ağayev görəcək səhnədə. Hazırda repertuar üzərində çalışırıq. İddialıyam ki, 10 yeni mahnı hazırlayım və konsertə qədər 4-5-ni tamaşaçılara təqdim edim ki, bilsinlər nə kimi mahnılar onları gözləyir. 30 ili şərti olaraq üç yerə bölmüşük. Konserti izlədikcə Faiq Ağayevin necə inkişaf etdiyini və dəyişdiyini görəcəksiniz. Çalışacam ki, sizin sevginizə hər zaman layiq olum”.

Paylaş: