Aygün Kazımova “Azerbaijan Fashion Week”də – fotolar
Tarix: 29-05-2017, 08:52




Xalq artisti Aygün Kazımova  “Azerbaijan Fashion Week”in açılış mərasiminə qatılıb.
 
 
Ulduzumsan.Az xəbər verir ki, xalq artisti,  pop diva Aygün Kazımova ötən gün Bakıda  keçirilən  “Azerbaijan Fashion Week”in açılış mərasimindəiştirak edib.
Eyni zamanda A.Kazımova mərasiminə azərbaycanlı modelyer, dünya şöhrətli "Afffair" brendinin yaradıcısı Rüfət İsmayıl  ilə birgə qatılıb.
 
Qeyd edək ki, Rüfət İsmayıl Azərbaycanda sənətçilərdən yalnız Aygün Kazımova ilə əməkdaşlıq edir. 
 
Həmçinin Aygün Kazımova karyerasının 30 illiyinə həsr olunmuş və bu ilin sentyabr ayının 22-də baş tutacaq "Crystall Hall" konsertində səhnəyə məhz Rüfət İsmayılın eksklüziv libaslarını geyinəcək.





Paylaş: